Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:26
Dünyanın müxtəlif yerlərindən 3 milyona yaxın müsəlman bu il Həccə gəlib. BU gün yüz minlərlə müsəlman mərasimin tərkib hissələrindən biri olan Ərafat dağına yürüş ediblər.

Paklıq və allah qarşısında bərabərlik simvolu kimi hamısı ağ libaslara bürünən müsəlmanlar brada dualar edəndən sonra sübh açılanda Mina və Ərafat dağları arasındakı Muzdalifaya keçəcəklər. Burada isə Həccin 3-cü günü, oktyabrın 26-da Şeytanın daşlanması ritualı və qurbanların kəsilməsi olacaq.

Pakistanlı zəvvar Muhammad Makbul bu günü həyatının ən önəmli günü sayır.

“Bu həyatımın ən böyük günüdür və özümü çox saflaşmış və xoşbəxt hiss edirəm. hiss elədiklərimi ifadə etməyə söz tapmıram”.

Bu dəfə də Həcc mövsümi islam dünyasında münaqişələrin olduğu dövrə təsadüf edib. Yaxın Şərq və Suriyadakı münaqişələrin Həcc zamanı da zəvvarlar arasında qarşıdurmaya səbəb olmamağı üçün Səudiyyə Ərəbistanı hökuməti siyasi təxribatlara qarşı ciddi təhlükəsizlik tədbirləri görüb.

Adnan Terkawi Bashar Asad rejiminə qarşı üsyanın davam etdiyi və on minlərlə insanın öldürüldüyü Suriyadan gəlib.

Terkawi deyir ki, “Allaha dua edəndə ondan Ərəb ölkələrində vəziyyətin düzəlməsini, İslam və müsəlmanlar üçün hər şeyin daha yaxşı olmasını, Suriyadakı müharibənin bitməsini, təhlükəsiz və əmin-amanlıq diləyib”.

Həcc mərasimi hər bir müsəlman üçün İslamın 5 vacib şərtindən biridir. İslama görə, maddi imkanı olan hər bir sağlam müsəlman Həccə ziyarətə getməlidir.

Misirdən gələn Sahar Hanafi deyir ki, bu günü 5 ildir gözləyib.

“5 ildir ki, bura gəlməyə can atırdım. Hər dəfə televizorda Həccə gələn zəvvarları görəndə ağlayırdım. Axır ki, Allah mənə bura gəlməyə imkan verdi və müqəddəs yerləri öz gözlərimlə gördüm. Həyatda bundan önəmli heç nə yoxdur”.

Azərbaycandan isə bu il 2600 zəvvar Həcc ziyarətinə yollanıb. Zəvvarlar mərasimlərdə iştirak edəndən sonra Noyabrın 5-dən 12-ə qədər Azərbaycana qayıdacaqlar.

Qurban bayramına və qurban kəsməyə gəlincə, bu axşam Azərbaycanda bayram axşamı, 26 oktyabr isə bayram günüdür.

Qurban kəsməklə bağlı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fitvada deyilir ki, «Şəriət qanunlarına görə qurban kəsmək əsasən Məkkədə olan hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında çox bəyənilmiş əməllərdən hesab olunur, amma vacib deyildir. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır”.

Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurbanlıq heyvan qoyun, keçi, öküz-inək və dəvə olmalıdır. Bir neçə adamın yığışıb bir heyvan kəsməsi də mümkündür, bir şərtlə ki, pay bölgüsündə halallıq olsun».





(INSERT AUDIO -- Pilgrims singing -- length :14 -- NC102426)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG