Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:16

Gürcüstan parlamenti yeni hökuməti təsdiq edib


Gürcüstan parlamenti milyarder Bdzina İvanishvilinin rəhbərlik etdiyi yeni hökuməti təsdiq edib. Səsvermədə iştirak edənlərdən 88 nəfəri yeni hökumətin lehinə, 54 nəfəri əleyhinə səs verib. İvanishvilinin rəhbərlik etdiyi Gürcü Arzusu müxalifət koalisiyası oktyabrın 1-də keçirilmiş parlament seçkisində 150 mandatdan 85-ni qazanmışdı.

İvanishvili özü dünən parlament qarşısında çıxışında deyib ki, 18 aydan sonra siyasətdən gedib yalnız vətəndaş cəmiyyəti qurumları ilə məşğul olacaq.

O, həmçinin prezident Saakashvilinin Qərb yönümlü siyasətini, ölkənin Avropa Birliyi və NATO-ya üzvlüyünə cəhdləri davam etdirməyi vəd edib.

Amma o həm də 2008-ci ildə qısa müddətli müharibə ilə münasibətlər kəsilmiş Rusiyada əlaqələrin bərpasına çalışacaqlarını deyir.
XS
SM
MD
LG