Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:00

Del Ponte Suriyada insanlıq əleyhinə cinayətlər baş verdiyini deyir


BMT-nin keçmiş Carla del Ponte Suriyada hökumət rəsmilərindən kimlərin insanlıq əleyhinə cinayətlərdə iştirak etdiklərini müəyyənləşdirməyə çalışdığını bildirir. O, müharibə meydanına çevrilən Suriyada insan haqları pozuntularını araşdıran BMT komissiyasının üzvüdür. Ponte həm də 1990-cı illərdə keçmiş Yuqoslaviyada müharibə cinayətlərini araşdıran qrupun rəhbəri olub.

İndi BMT komissiyası Suriyada da prezident Bashar al-Assad rejimi təmsilçiləri ilə müxalifət döyüşçülərinin son 19 aydır davam edən qarşıdurmasında müharibə cinayətlərini araşdırır.

İnsan haqları fəalları son iki ilə yaxın müddətdə Suriyada rejim dəyişikliyi tələbilə başlayan qarşıdurmada 30 000 nəfərdən çox adamın qətlə yetirildiyini deyirlər.
XS
SM
MD
LG