Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:56

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşəcək


-

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri oktybarın 27-də Parisdə görüşəcəklər. Bu barədə Ermənistanın xarici işlər nazirliyinə istinadən “Armenpress” agentliyi məlumat yayıb.
İki ölkənin xarici işlər nazirlərinin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.
Məlumatda qeyd edilir ki, nazir Elmar Məmmədyarovla Edvard Nalbandyan əvvəlcə Macarıstanda NATO təlimlərində Ermənistan həbçisini öldürən azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası və əfv olunması məsələsini müzakirə edəcəklər.
Bu danışıqların nəticələrinə əsasən həmsədrlər regiona səfər edəcəklər.
Səfərdə məqsəd danışıqlar prosesində yaranmış durğunluğu aradan qaldırmaq və müzakirələrə yeni impuls verməkdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin oktyabrın 27-də Parisdə planlaşdırılan görüş barədə məlumatı təsdiqləyib.

Məmmədyarov-Nalbandyan görüşünda Qarabağ münaqişəsinin həlli ilə bağlı baza prinsipləri də müzakirə mövzusu olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG