Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:57

Bakıda zəncirvari avtomobil qəzası olub


-

Oktybarın 24-ü axşam saat 22:45 radələrində Bakının Yasamal rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə “Mercedes”, “VAZ”, “Opel”,”Tofaş” markalı minik avtomobilləri, “Qazel”, “Ford” markalı yük avtomobilləri, “Mercedes” markalı sərnişin avtobusu və “Hyundai” markalı mikroavtobus zəncirvari toqquşub. Nəticədə yanğın baş verib.
“Mercedes” markalı sərnişin avtobusunun sürücüsü avtobusdan çıxa bilməyib. Xilasedicilər sürücünün cəsədini təxminən 1 saat sonra yanmış avtobusdan çıxara biliblər.
Formula-1 yarışları ilə bağlı Azneft meydanı istiqamətindən nəqliyyatın Bakıya giriş-çıxışına məhdudiyyət qoyulub. Ötən gün paytaxtın Yasamal rayonu ərazisində, 20 yanvar dairəsindən Xırdalan dairəsinə qədər bütün yollarda gecə saatlarına qədər tıxac olub. Formula-1 yarışları oktybarın 29-a qədər davam edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG