Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:35

«Mükafatı həyatını riskə qoyan jurnalistlərin adından qəbul edirəm»


ABŞ-ın Xarici Yayım Xidmətindən Lesley Stahl jurnalist Xədicə İsmayılla bağlı danışır
ABŞ-ın Xarici Yayım Xidmətindən Lesley Stahl jurnalist Xədicə İsmayılla bağlı danışır
-

AzadlıqRadiosu-nun əməkdaşı Xədicə İsmayılova «Jurnalizm cəsarəti-2012» mükafatına layiq görülüb. Beynəlxalq Qadın Media fondunun (IWMF) təsis etdiyi mükafat oktyabrın 24-də New Yorkda təqdim olunur. Xədicə İsmayılova mükafatı aldıqdan sonra AzadlıqRadiosuna müsahibə verib:


- Beynəlxalq Qadın Media fondu Birləşmiş Ştatlarda ən böyük təşkilatlardan biridir. Bu təşkilatın verdiyi mükafat mənim işimə verilən çox böyük qiymətdir. Mən bu mükafatı alarkən də orada qeyd etdim ki, bu mükafatı tək öz adımdan deyil, Azərbaycanda araşdırma jurnalistikası ilə məşğul olan, çətin mövzulara toxunan, həyatını, sağlamlığını riskə qoyan jurnalistlərin adından qəbul edirəm. Mərasimə jurnalistlərdən biri – Efiopiyalı qadın jurnalist gələ bilməmişdi, çünki o indi həbsdədir. Dünyanın bir çox ölkəsində jurnalistlərin rahat işləməsi üçün şərait yoxdur. Birləşmiş Ştatlarda jurnalistlər daha rahat şəraitdə işləyirlər və bu çox əlamətdardır ki, Birləşmiş Ştatlarda çalışan jurnalistlər başqa ölkələrdə olan jurnalistlərin problemləri haqqında düşünürlər və onların problemlərinin həllinə çalışırlar. Əslində bu mükafat da o məqsədlə verilir ki, öz cəsarətli jurnalistika işlərinə görə hökumətləri və yaxud hər hansı maraq qrupları tərəfindən təzyiqlərə məruz qalan adamlara dünyanın diqqətini cəlb etsinlər. IWMF - Beynəlxalq Media Qadın fondu bu sahədə xüsusi iş təcrübəsinə malikdir. Təşkilatın bütün yaradıcıları və idarə heyətində olan insanlar Amerikanın və dünyanın ən tanınmış jurnalistləridir. Yəni jurnalistika sahəsində ən ünlü isimlər orada idi. Cristian Amanpoor həmin mükafat mərasiminin aparıcısı idi. Mənə mükafatı təqdim edən Leslie Stahl uzun illər CBS telekanalinda «60 dəqiqə» verilişinin aparıcısı olub.

- Sizcə bu cür mükafatlar Azərbaycanda jurnalisti təhlükədən sığortalaya bilirmi, hansı köməyi və ya dəstəyi olur?

- Mənə burada da belə sual verdilər, soruşdular ki, bu sənə yardım edəcəkmi. Həqiqətən də belədir. Yəni dünyanın diqqətini təzyiqlərə məruz qalan jurnalistlərə yönəltməklə onlar məhz ona nail olmaq istəyirlər ki, bu jurnalistlərə bundan sonra təzyiq göstərmək hökumətlər və ya başqa maraq qrupları üçün bir qədər çətinləşsin. Bu baxımdan bu mükafatın rolu böyükdür. Bu həm də bizim haqqında yazdığımız məsələlərə dünyanın diqqətini cəlb etməkdir.

Qaliblər: (Soldan) Pakistanlı jurnalist Asmaa al-Ghoul, Efiopiyadan olan və hazırda həbsdə olan jurnalist Reeyot Alemu-nun adına onun mükafatı qəbul edən dostu, Pakistandan olan redaktor və bloqqer Zubeida Mustafa və Azərbaycandan Xədicə İsmayılova
Qaliblər: (Soldan) Pakistanlı jurnalist Asmaa al-Ghoul, Efiopiyadan olan və hazırda həbsdə olan jurnalist Reeyot Alemu-nun adına onun mükafatı qəbul edən dostu, Pakistandan olan redaktor və bloqqer Zubeida Mustafa və Azərbaycandan Xədicə İsmayılova
- Sizə bu mükafatı konkret nəyə görə verdilər, diqqət hansı məsələyə yönəldi?

- Leslie Stahl mükafatı mənə təqdim edəndə korrupsiya araşdırmaları barədə danışdı. Biz zatən yazıları yazarkən ictimaiyyətin diqqətini bu problemlərə cəlb etməyə çalışırıq. Bu mükafat təqdim olunanda da yenidən dünyanın diqqəti bu məsələlərə yönəlir. Jurnalistlər, xüsusilə gənc jurnalistlər xəyal qırıqlığına uğrayırlar ki, biz yazı yazırıq, amma bunun ardınca hökumətlər araşdırma aparmır, məsələn, elə deyək ki, bizim araşdırmalarımızın nəticəsində prokurorluq cinayət işləri açmır, cinayətlər araşdırılmır, heç kim cəzasına çatdırılmır. Bu cür mükafatlar da ona yönəlib ki, o ölkələrdəki ki, jurnalistlər öz işlərini görürlər, amma gözlənilən effektə nail olmurlar, dünyanın diqqətini bu məsələlərə bir daha yönəltsinlər.

- Mükafatı alan zaman çıxışınızda əsasən hansı məqamlara toxunduz?

- Bu mükafatlar peşəkarlar tərəfindən müəyyənləşdirilir və təşkilata təqdim olunur. Təşkilatın idarə heyəti də digərlərindən fərqli olaraq jurnalistlərdir. Öz həmkarların tərəfindən mükafatlandırılmaq çox böyük uğurdur. Təqdimatda onu da qeyd etdim ki, bizim ölkənin problemlərinə qarşı həm də diplomatların daha diqqətli olması vacibdir. Bəzən təkcə jurnalistlərin danışmasına yox, həm də diplomatların, siyasətçilərin danışmasına ehtiyac var və onlardan bu addımlar gözlənilir. «Ərəb baharı» göstərdi ki, indiyə kimi Birləşmiş Ştatların stabillik uğrunda rejimlərlə münasibətləri qoruyub saxlamaq cəhdləri - bu siyasət uğursuzluğa uğradı. İndi Suriyada baş verənlər də, bundan əvvəl başqa Ərəb ölkələrində baş verən hadisələr də göstərdi ki, bu siyasət doğru olmayıb. Mən bu barədə də danışdım. Məqsəd təkcə Azərbaycandakı problemləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq deyil, həm də dünya ictimaiyyətinin diqqətini bu problemləri yaradan, jurnalistlərə təzyiq edən rejimlərlə münasibətlərə çəkməkdir. Mən çalışdım ki, bu mükafat mərasimində Amerika mediasının bu mərasimə diqqətindən istifadə edərək bu mesajı çatdırım. Çalışdır ki, Birləşmiş Ştatların stabillik xətrinə avtokratik rejimlərlə münasibətləri məsələsi bir daha gündəmə gəlsin.
XS
SM
MD
LG