Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:24

«Kaş ki, biz də Naxçıvanda yaşayaydıq» deyən turistlər


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

29 iyun 2012-ci il. Sayı: 120(20.525)


ŞƏRUR, CULFA VƏ ŞAHBUZ RAYON MƏRKƏZİ XƏSTƏXANALARINDA ELMİ – PRAKTİK SEMİNARLAR KEÇİRİLMİŞDİR

...Keçirilən seminarlarda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi ginekoloq Rəfayə Babayeva və baş məsləhətçi epideimoloq Zülfiyyə Həsənovanın məruzələri dinlənilmişdir. Qeyd olunmuşdur ki, hamilə qadınların vaxtında qeydiyyata alınması, qadınlar arasında risk qruplarının aşkar edilməsi, onların stasionar müalicəyə cəlb olunması, fərdi və qruplar şəklində səhiyyə maarifinin aparılması bu günün tələbidir. Bundan başqa, müxtəlif xəstəliklərin profilaktikası, uşaqların idarəolunan yoluxucu xəstəliklərdən qorunması üçün aparılan immunizasiya tədbirləri, uşaqlar arasında peyvəndlərin ardıcıllığının zəruriliyi daim diqqət mərkəzində saxlanılmalıdır.

Sonra məruzə ətrafında geniş müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

MÜALİCƏ TURİZMİ: EHTİYATLAR VƏ MÜASİR İMKANLAR

...Tanrı insanlara şəfqət paylayacaq heç bir hədiyyəsini Naxçıvandan əsirgəməmişdir. Özünün su, iqlim, mineral, torpaq ehtiyatlarının və biomüxtəlifliyinin zənginliyinə görə Naxçıvanı Azərbaycanın təbiət muzeyi də adlandırırlar. Sahib olduğu təbii sərvətlərarasında insanlara şəfa verən mineral suları, duz yataqları, yamyaşıl çəmənləri, bumbuz bulaqları, qiymətli dərman bitkiləri, ekotəmiz bitkiçilik və heyvandarlıq məhsulları, təmiz havası həmişə Naxçıvana marağı artırmışdır. Bu diyara tez – tez gələnlər, ya da təsadüfən gələn kim varsa, onlar geri qayıdanda hökmən bunları etiraf edir ki, “kaş ki, biz də burada yaşayaydıq” deyirlər. İndi ilin bu fəslində Naxçıvanda hara baxsan, ailəlikcə asudə vaxt keçirib istirahət etmək, görməli yerlərlə tanış olmaq, “Darıdağ”, “Duzdağ” kimi müalicə mərkəzlərində sağlamlığını bərpa etmək üçün gələn çoxsaylı turistlər görərsiniz. Naxçıvanda sosial infrastrukturun müasir inkişaf səviyyəsi, turistlərin rahat səyahətləri üçün yaradılmış imkanlar regiona gələn digər turistlərlə yanaşı, müalicə - rekreasiya turistlərinin də təlabatını ödəyir.

Muxtar respublikamızın dünyada və yaxın regionda yaxşı tanınan belə turizm ehtiyatlarından istifadədə humanizm prinsipləri ön planda tutulur...

Şərhləri göstər

XS
SM
MD
LG