Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:50

Qurban bayramı günlərində Suriyada atəşkəs olacaq


Arxiv foto
Arxiv foto
Suriya hakimiyyəti Qurban bayramı günlərində atəşkəsə razılıq verib.

Bu haqda BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimi məlumat verib.

Brahimi deyib ki, əlaqə yaratdığı silahlı müxalif qrupları da atəşkəsə razı olub.

Lakhdar Brahimi onu da deyib ki, əgər Qurban bayramı günlərində atəşkəs əldə olunsa, bundan sonra daha uzunmüddətli atəşkəs haqqında danışıqlara başlanıla bilər.

BMT-nin xüsusi nümayəndəsi atəşkəs çağırışını keçən həftə Suriya prezidenti Bashar Assad və xarici işlər naziri Valed Muallim-lə görüşündə qaldırmışdı.

Suriyada silahlı toqquşmalar keçən ilin martından başlayıb. Müxtəlif mənbələrin məlumatlarında görə, indiyə qədər silahlı qarşıdurmalarda 20-30 min arasında adam ölüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG