Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:30

Qurban bayramı günlərində Suriyada atəşkəs olacaq


Suriya hakimiyyəti Qurban bayramı günlərində atəşkəsə razılıq verib.

Bu haqda BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimi məlumat verib.

Brahimi deyib ki, əlaqə yaratdığı silahlı müxalif qrupları da atəşkəsə razı olub.

Lakhdar Brahimi onu da deyib ki, əgər Qurban bayramı günlərində atəşkəs əldə olunsa, bundan sonra daha uzunmüddətli atəşkəs haqqında danışıqlara başlanıla bilər.

BMT-nin xüsusi nümayəndəsi atəşkəs çağırışını keçən həftə Suriya prezidenti Bashar Assad və xarici işlər naziri Valed Muallimlə görüşündə qaldırmışdı.

Suriyada silahlı toqquşmalar keçən ilin martından başlayıb. Müxtəlif mənbələrin məlumatlarında görə indiyə qədər silahlı qarşıdurmalarda 20-30 min arasında adam ölüb.
XS
SM
MD
LG