Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:41

İsfar Sarabski konsert verdi


Arxiv foto
Arxiv foto
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 23-də daha bir konsert baş tutub.

Xəbəri Mədəniyyət və Turizm İdarəsinin saytı yayıb.

Musiqisevərlər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar artist İsfar Sarabskinin (piano) ifasını dinləyib.

İsfar Sarabski prezident təqaüdçüsüdür, adı Azərbaycanın Gənc İstedadlarının «Qızıl kitabı»na daxil edilib.

İsfar Sarabski 2009-cu ildə İsveçrədə «Montreux Jazz Festival» beynəlxalq musiqi festivalının qalibi olub.

O, dünyanın nüfuzlu musiqi universitetlərindən sayılan Berkli Musiqi Kollecində təhsil alır.

İsfar Sarabski görkəmli opera müğənnisi Hüseynqulu Sarabskinin nəticəsidir.
XS
SM
MD
LG