Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:54

«Əsrin Müqaviləsi» istənilən addımı atmaq hüququ verir


«Əsrin Müqaviləsi» Azərbaycana və Dövlət Neft Şirkətinə (ARDNŞ) istənilən addımı atmaq hüququ verir.

«APA-Economiks»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev müqavilənin operatorunun dəyişməsi ehtimalı ilə bağlı suala cavab verərkən deyib.

Onun sözlərinə görə, bu hüquqlar indi də qüvvədədir: «Bu hüquqlar bizdə qalır və biz lazım gələrsə, bundan istifadə edə bilərik. Amma hal-hazırda bu hüquqlardan istifadə etmək vaxtı deyil».

Rövnəq Abdullayev bildirib ki, «Əsrin Müqaviləsi»nin (Xəzər dənizində «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi) imzalanmasından 18 il keçir və bu müddət ərzində Azərbaycan hökuməti bu müqavilənin iştirakçılarına böyük hörmətlə yanaşıb və heç vaxt müqavilədə bir vergül belə dəyişməyib. «Bu da imkan verib ki, belə müsbət nəticələr əldə olunsun».
XS
SM
MD
LG