Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:43

Xədicə İsmayılovanın şikayəti təmin olunmadı


Oktyabrın 24-də Səbail rayon Məhkəməsində jurnalist Xədicə İsmayılovanın «Səs» qəzetinə qarşı şikayəti təmin olunmayıb. Məlumatı AzadlıqRadiosuna vəkil Fariz Namazlı deyib.

Xədicə İsmayilova «Səs» qəzetində çıxan iki məqalə («Xədicənin söz azadlığına qiyməti» və «Xədicə «xanım»ın «qiyməti» neçəyədir») ilə bağlı məhkəməyə müraciət edib. O şərəf və ləyaqətinə, işgüzar nüfuzuna dəyən zərər görə, qəzetin təkzib verilməsini və 2000 manat təzminat ödənilməsini istəyib.

Hakim Rauf Əhmədov iddianın təmin edilməməsi barədə qərar verib. Vəkil deyir ki, 10 gün sonra qətnamə onlarda olacaq və o zaman hakimin bu qərarı nəylə əsaslandırmasını öyrənə biləcəklər.

Fariz Namazlı Bakı Apellyasiya Məhkəməsinə müraciət
edəcəklərini bildirdi.
XS
SM
MD
LG