Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:14
ABŞ-ın Kaliforniya ştatı sahillərində serfinqlə məşğul olan 38 yaşlı kişi köpək balığının hücumu nəticəsində ölüb.

Hücumun şahidi ölən şəxsin dostu olub. Elə onu sudan da dostu çıxarıb. Ancaq həyatını xilas etmək mümkün olmayıb.

Bu, son iki ildə adıçəkilən sahildə köpək balığının hücumu nəticəsində ölümlə nəticələnən ikinci hadisədir. 2010-cu ilin oktyabrında köpək balığının qurbanı 19 yaşlı tələbə olmuşdu.

Keçən il bütün dünyada 75 köpək balığı hücumu qeydə alınıb. Bu hücumlardan 12-si ölümlə nəticələnib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG