Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:22

Sovet əmanətlərinə görə ən yüksək ödəmələr Azərbaycandadır


Mətbuat icmalı

Mətbuat icmalı

-

«Sovet dövründən qalma ödəmələrə görə ən yüksək ödəmələr Azərbaycanda verilir»
«Azərbaycan» qəzeti sovet dövründən qalma əmanətlərin qaytarılmasından yazır. «Xalqın maraqlarına hesablanan sosial tədbirlər cəmiyyətdə razılıqla qarşılanır». Qəzet daha sonra yazır: «Sovet dövründən qalma əmanətlərə görə, ən yüksək fərdi ödəmələrin ölkəmizdə verilməsi Azərbaycan dövlətinin öz vətəndaşlarına olan yüksək diqqətinin nəticəsidir».

«AZADLIQ»I ÇÖKDÜRMƏK SİFARİŞİ...

«Azadlıq» yazır ki, ona basqılar pik həddə çatıb və qəzetə kəsilən cərimələrin sayı artıq 60 min manatı keçib. «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qəzetə açıqlamasında deyib ki, «Azadlıq»ı çökdürmək sifarişi hakimiyyətdən gəlir.

KÖRPƏSİ İLƏ AKSİYAYA ÇIXAN QADIN DANIŞIB

«Yeni Müsavat» 20 oktyabr aksiyasında körpəsi ilə iştirak edən Gülnaz Məmmədlini danışdırıb. «O, deyir ki, «İstefa» şüarı səsləndirərkən yoldan keçən bir cavan oğlanın «Buna bax, körpə uşaqla evdə oturmaq əvəzinə aksiyaya çıxıb» deməsi Gülnazı özündən çıxarıb. «Həmin gəncə dedim ki, sənin kimilərin yerinə çıxmışam». Gülnaz Məmmədli növbəti aksiyalara oğlu Məmməd Əmini aparmayacağını da söyləyib.

BİTƏRƏFLƏR HARADA İDİ?

«Bizim yol» qəzeti «20 oktyabr aksiyasının pərdəarxası» başlıqlı məqalədə yazır: «Mitinqi gənclərin təşkil etdiyi elan olunsa da, AXCP və Müsavat rəhbərliyinə daxil olan şəxslər həbs olundu». Qəzet müsahibləri ilə bir suala cavab axtarır: «İctimai Palatanın bitərəf üzvləri mitinqə niyə qatılmamışdılar».

MÜNAQİŞƏDƏ DÖNÜŞ ANI

«Dağlıq Qarabağ münaqişəsinin həllini deyəsən, daha 20 il gözləmək lazım gəlməyəcək». «Zerkalo» belə yazır: «Təəssüf ki, bu nə Ermənistan, nə də Azərbaycan rəhbərliyinin xidmətidir. Münaqişənin həlli yönündə dönüş anıdır və qeyri-ordinar ölçülərin götürülməsini tələb olunur. Amma bu prosesdə dəyişikliklər gözə dəymir. Eyni zamanda, prosesə İran problemi ilə bağlı situasiyanın inkişafı da təsirini göstərir».

BMT VƏ AZƏRBAYCAN

«Yeni Azərbaycan» «Bu gün BMT günüdür» başlıqlı məqalədə politoloq Elman Nəsirlinin fikirlərini dərc edib: «BMT-də heç bir ciddi islahat aparılmır və bu səbəbdən də təşkilat müasir dünyanın çağırışlarına cavab verə bilmir. Buna görə də bu gün BMT ikili, üçlü, bəzən də çoxsaylı standartlara yol verməkdə günahlandırılır. Oxşar vəziyyət özünü Azərbaycanla bağlı qətnamələrə münasibətdə də göstərir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG