Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:52

ABŞ-da 38 yaşlı kişi köpək balığının qurbanı olub


ABŞ-ın Kaliforniya ştatı sahillərində serfinqlə məşğul olan 38 yaşlı kişi köpək balığının hücumu nəticəsində ölüb.

Hücumun şahidi ölən şəxsin dostu olub. Elə onu da sudan dostu çıxarıb. Ancaq həyatını xilas etmək mümkün olmayıb.

Bu, son iki ildə adıçəkilən sahildə köpək balığının hücumu nəticəsində ölümlə nəticələnən ikinci hadisədir. 2010-cu ilin oktyabrında köpək balığının qurbanı 19 yaşlı tələbə olmuşdu.

Keçən il bütün dünyada 75 köpək balığı hücumu qeydə alınıb. Bu hücumlardan 12-si ölümlə nəticələnib.
XS
SM
MD
LG