Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:36

Tələbələr üçün fənn olimpiadalarının keçirilməsi dayandırılır


-

Azərbaycanda tələbələrin Respublika Fənn Olimpiadasının keçirilməsi dayandırılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov Tələbələrin XVII Respublika Fənn Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimində deyib.

Onun sözlərinə görə, təhsildə aparılan islahatlar qarşıya artıq yeni tələblər qoyub. Buna görə də olimpiadanın keçirilməsinə baxışın dəyişdiriməsi zərurəti yaranıb.

Mərdanov deyib ki, bu il olimpiada sonuncu dəfə keçirilir.

«Bundan sonra bu formada olimpiadalar keçirilməcəyək. Belə tədbirlər bundan sonra dünyada keçirilən bu növ layihələrə uyğun reallaşdırılacaq», nazir deyib.

O əlavə edib ki, Azərbaycanda bu olimpiada 1995-ci ildən keçirilir. Olimpiada ilk illərdə 4 fənn üzrə keçiriliv. 2003-cü ildə fənlərin sayı 4-dən 9-dək artırılıb. Sonrakı illərdə fənlərin sayı yenidən artırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG