Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:14
-

Ukraynada oktyabrın 28-də keçiriləcək parlament seçkiləri ərəfəsində UDAR Partiyasının populyarlığı, rəy sorğularına görə, kəskin artıb.

Partiyanın rəhbəri peşəkar boksçular arasında ağır çəkidə dünya çempionu titulunun sahibi, 41 yaşlı Vitaly Klychko-dur.

Boksçunun partiyası seçiciyə nə təklif edir?

Bu günlərdə Kliçko seçki kampaniyası zamanı Vişneve şəhərində bir neçə min tərəfdarına müraciət edərək söz verib ki, korrupsiyaya qarşı mübarizə aparacaq, insanların yaşayış standartlarını qaldırmağa çalışacaq və Ukraynanı “70 faiz gənclərin qaçmaq istədiyi üçüncü dünya ölkəsindən əsl Avropa dövlətinə çevirəcək”:

“Mən burada sizin qarşınızda idmançı kimi yox, siyasi qüvvənin lideri kimi çıxış edirəm. Biz Ukrayna uğrunda savaş elan edirik və həmin savaşı udmaq üçün əlimizdən gələni edəcəyik. Udacağıq, çünki haqq işi uğrunda mübarizə aparırıq”.

Bundan əvvəl Klychko iki dəfə Kiyevin meri seçilmək üçün kampaniya aparıb

amma uğursuzluğa düçar olub.

Amma bu dəfə - parlament seçkilərində onun partiyası (partiyanın adındakı hərflər həm də Demokratik İslahatlar uğrunda Ukrayna İttifaqı deməkdir) elə uğurlu kampaniya aparır ki, hətta seçkini uda biləcəyini deyənlər də var.

Son sorğular göstərir ki, UDAR həbsdəki müxalifət lideri Yuliya Timoşenkonun dəstəklədiyi Vahid Müxalifət koalisiyasını də arxada qoyaraq ikinciliyə yüksəlib.

UDAR 16 faizlik dəstəklə prezident Yanukoviçin Regionlar Partiyasının reytinqinə Vitalii Kliçko

Vitalii Kliçko

yaxınlaşır (“Regionlar” sorğuda 23 faizlə birincidir və son aylar populyarlığı azalır)

Bir tərəfdən UDAR-ın populyarlığı Kliçkonun dünyaca məşhur idmançı olması ilə bağlıdır, digər tərəfdən isə seçicilər yeni sima axtarırlar.

61 yaşlı Vişneve sakini, təqaüdçü Bohdan Terşovski deyir ki, Kliçko başqa siyasətçilərdən seçilir, özünü gözdən salmayıb:

“O, həqiqəti deyir, İlahi, ona imkan yarat ki, dediklərini gerçəyə çevirsin və hamı onu bu işdə dəstəkləsin. Korrupsiya elə səviyyədədir ki, artıq bu barədə danışmaq da dəhşətdir. Polşada bizə gülürlər”.

Nə 2004-cü ildə narıncı inqilabla hakimiyyətə gələn müxalifətçilər, nə də sonradan iqtidara gələn “regionçular” verdikləri vədləri tam yerinə yetirməyiblər.

Kliçko deyib ki, nə prezidentin partiyası ilə, nə də Vahid Müxalifət koalisiyası ilə müttəfiqlik sazişi bağlayacaq.

Amma Klychko-nun siyasi təcrübəsinin azlığı ona başağrısı da ola bilər

İndi onun ətrafına toplaşanlar mandat qazanandan sonra onun partiyasında qalacaqlarmı? Seçkilərdən sonra partiyadan partiyaya keçmə Ukraynada adi haldır. Komandasını uzun müddət qorumaq üşün Kliçkonun kifayət qədər iradəsi və siyasi gücü varmı?

Bu sualları verməklə yanaşı tənqidçilər ona da diqqət çəkirlər ki, Kliçko hakimiyyətə gələrsə gənc kadrları irəli çəkəcəyini deyir, amma onun seçkilərdəki namizəd siyahısında hakim Regionlar Partiyasını tərk etmiş bir çox yaşlı şəxslər də var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG