Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:17

Futbolda qol qərarını texnoloji sistemlər verəcək



Oktyabrın 23-də FİFA qol-xətti texnologiyasına keçid üçün iki texnologiya şirkəti ilə müqavilə bağlayıb. FİFA bildirir ki, topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirmək üçün GoalRef və Hawk-Eye şirkətləri xüsusi system hazırlayacaq və bütün dünyada tətbiq ediləcək.

Bu sistemlər dekabrda Yaponiyada keçiriləcək Klublararası Dünya Çempionatında sınaqdan keçiriləcək. Topun qapı xəttini keçdiyini müəyyənləşdirəcək texnologiyaların tətbiqi ilə bağlı iyulda qərar qəbul olunmuşdu. Bu texnologiyaların qolun sayılıb sayılmamağı ilə bağlı mübahisələrə son qoyması gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG