Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:06

Azərbaycanda işgüzarlıq mühiti- [Video]


Arxiv foto
Arxiv foto
-

Oktyabrın 23-də “İşdən sonra” proqramında iqtisadçı ekspertlər Məhəmməd Talıblı və Natiq Cəfərli Dünya Bankı və İFC-in (Beynəlxalq Maliyyə Korporasiyası) hazırladığı illik hesabatı müzakirə edərkən bu fikirləri söyləyiblər.
Natiq Cəfərli:

«Son illərdə Azərbaycanın məhz bu hesabatda müəyyən qədər normal yerlərdə olmasının ən başlıca səbəbi biznes qeydiyyatının asanlaşdırılması ilə bağlı olub. İlk dəfə bu addım atıldıqdan sonra, «bir pəncərə» sisteminə keçildikdən sonra Azərbaycanın bu hesabatda müəyyən qədər irəliləməsi baş verdi. Doğrudan da indi Azərbaycanda hər hansı bir şirkəti bir pəncərə sistemi vasitəsi ilə tez bir zamanda qeydiyyatdan keçirmək mümkündür. Amma əsas problem bu şirkətlərin Azərbaycan bazarında fəaliyyəti ilə bağlıdır».
Məhəmməd Talıblı:

«Əslində biznes üçün fundamental olaraq daha ciddi məsələlər məhz elə vergi, gömrük, kreditə əl çatanlıq və digər bu kimi amillərlə müəyyənləşir. Ona görə də bu istiqamətlərdə Azərbaycanın iraəliləyişlərinin baş verməməsi ondan xəbər verir ki, əslində biznes sferasında fundamental dəyişikliklər baş verməyib. Baş verən dəyişikliklər simvolik xarakter daşıyır. Bu dəyişikliklər ölkədə biznes imkanlarının genişləndirilməsi, bunun nəticəsində yerli biznes subyektlərinin sayının artmasına gətirib çıxarmayıb. Ölkədə vergi ödəyicilərinin sayı artmayıb»
Ekspertlərin fikirləri ilə tanış olmaq istəyirsinizsə verilişi tam olaraq izləyin:
XS
SM
MD
LG