Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:29

13 QHT məhbuslarla bağlı İlham Əliyevə müraciət edib


İlham Əliyev
İlham Əliyev
-

Oktybarın 23-də bir qrup Qeyri Hökumət Təşkilatı (QHT) səhhətində ciddi problemlər olan məhbusların azadlığa buraxılması ilə bağlı prezidentə müraciət edib.
Müraciətdə indiyə qədər müxtəlif xəstəliklərdən həbsxanalarda ölən vicdan və siyasi məhbusların adları sadalanır. Gələcəkdə belə hadisələrin bir daha baş verməməsi üçün hazırda həbsdə olan ictimai-siyasi fəallarların işinə yenidən baxılması və azadlığa buraxılması istənilir.
Müraciətdə azadlığa buraxılması istənilən AXCP üzvü Şahin Həsənlinin, sabiq nazirlər Əli İnsanovun, Fərhad Əliyevin, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının, “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidovun, hüquq müdafiəçisi, "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi qeyd edilir.
“Hesab edirik ki, adları çəkilən məhkumların işlərinə xəstəliklərinə görə yenidən baxılması və onların azadlığa çıxması Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq imicinin güclənməsinə səbəb olacaq. Bu səbəbdən də cənab Prezident yuxarıda adları çəkilən şəxslərin səhhətlərində yaranan problemlərin artması ilə bağlı səlahiyyətlərinizdən istifadə edərək onların azadlığa buraxılması üçün müvafiq göstərişlər verməyinizi Sizdən xahiş edirik”-deyə müraciətdə bildirilir.
Müraciətə ümumilikdə 13 hüquq müdafiə təşkilatı imza atıb.
XS
SM
MD
LG