Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:57

Ağır yük maşınları Bakıya buraxılmaya bilər


Arxiv foto
Arxiv foto
Yaxın vaxtlarda ağır yük maşınlarının Bakıya girişinə qadağa qoyula bilər.
Bu barədə «APA-ECONOMICS» ə Nəqliyyat Nazirliyindən məlumat verilib. Məqsəd iri maşınların nəqliyyatın hərəkətinə maneəni və yol örtüyünə ziyan vurulmasının qarşısını almaqdır.
Nazirlikdən deyiblər ki, iri yük maşınlarının daşıdığı yüklərin şəhər daxilində nisbətən kiçik yük maşınları ilə daşınması nəzərdə tutulub. Bu məqsədlə paytaxtın müxtəlif girişlərində yük terminalları tikilməsi planlaşdırılır. Qeyd edilir ki, iri yük maşınlarının gətirdiyi yüklər həmin terminallara boşaldılaraq daha kiçik avtomobillərə şəhərə daşınacaq.
XS
SM
MD
LG