Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:25

Vasif Talıbov ağaclara qulluq göstərir


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

26 iyun 2012. Sayı: 118(20.523)


ƏDLİYYƏ NAZİRLİYİNİN İCRA XİDMƏTİNƏ İŞƏ QƏBULLA ƏLAQƏDAR TEST İMTAHANI OLUB

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra xidmətinə işə qəbul olunmaq istəyən namizədlərin test imtahanı keçirilib. İmtahanlarda 24 nəfər iştirak edib, onlara ixtisas biliklərindən 80, məntiqi təfəkkürün yoxlanılmasından 20 sual olmaqla, 100 sual təqdim edilib.

İmtahanlara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin nümayəndələri nəzarət ediblər.

Xatırladaq ki, ixtisas biliklərindən düzgün cavablandırılmış sual 1 balla, məntiqi təfəkkürün yoxlanılması ilə bağlı 1 doğru cavab isə 0,5 balla qiymətləndirilir. 55 və daha çox bal toplayan namizəd test imtahanlarından keçmiş hesab olunacaq. İmtahanların nəticələri bir gün ərzində açıqlanacaq.

MUXTAR RESPUBLİKADA NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLMİŞDİR


Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyev demişdir: “Biz təbiətimizi nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir”.
Təbiətə qayğı, yaşıllıq sahələrinin genişləndirilməsi bu gün muxtar respublikada əsas diqqət yetirilən məsələlərdən biridir. Naxçıvan şəhərində, rayon və kəndlərdə salınan yeni meyvə bağlarına qulluq daim diqqət mərkəzində saxlanır, isti yay günlərində də iməciliklər davam etdirilir, ağaclar suvarılır, budama işləri aparılır. Görülən tədbirlərin nəticəsidir ki, iməciliklər zamanı salınan meyvə bağlarından hər il bol məhsul yığılır. Bu bağlar ətraf mühitin qorunmasına və Naxçıvanın yaşıl örtüyünün zənginləşdirilməsinə öz töhfəsini verir.

...İməcilik keçirilən ərazinin sahəsi 5 hektardan artıqdır. Ərazi Heydər Əliyev Su Anbarının sol sahil kanalı vasitəsilə suvarılır. İməcilik zamanı burada əkilən meyvə tinglərinə qulluq göstərilmiş, ağaclar suvarılmış, ətrafda səliqə - sahman yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, ağaclara qulluq göstərmişdir.
XS
SM
MD
LG