Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:51

«İş qabiliyyətim ola-ola adımı ixtisar siyahısına salıblar»


«Azəriqaz»
«Azəriqaz»
-

«RƏİS MƏNİ ƏLƏ SALIR»

«Deyirlər neft şirkətinin bir neçə ay əvvəl ixtisara düşmüş qazmaçılarını qaz idarələrinə yerləşdirəcəklər, ona görə də ştatları boşaldırlar».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Siyəzən qaz idarəsinin işçisi Abuzər Məmmədov deyib. O, şikayət edir ki, adı işlədiyi idarədə tərtib olunmuş ixtisar olunacaq işçilərin siyahısına düşüb.

«53 yaşım var, üçüncü qrup əliləm, gözümdə qüsur var. Ancaq bunun işimə heç bir maneçiliyi yoxdur və mən işimin öhdəsindən lazımınca gəlirəm. Adım işdə sənədlərdə çilingər kimi qeyd olunsa da özüm nəzarətçi işləyirəm. Qapı-qapı düşüb sayğaclardakı göstəricilərin qeydiyyatını aparıram. «VTEK» rəisi mənim əlilliyim ilə bağlı rəy yazıb, işlədiyim idarəyə göndərib ki, fəhlə kimi işləyə bilər. İndi rəisimiz də məni incidir, deyir get «VTEK» rəisinə de yazsın ki, fəhlə kimi yox, çilingər kimi işləyə bilərsən. «VTEK» rəisi isə məni başa salır ki, rəisin səni ələ salır».

Abuzər Məmmədov deyir ki, işlədiyi qaz istismar sahəsində onun kimi daha bir neçə 2 və 3-cü qrup əlilləri var ki, onların da adı ixtisar olunacaq işçilərin siyahısındadır:

«Məsələn, biri xadimədir, rəis deyir sən ixtisara düşəcəksən, əlilsən, ağır təsərrüfatda işləyə bilməzsən. Hansı ki, otaq süpürmək nə vaxtdan ağır təsərrüfatlı iş hesab olunub? Deyirlər ki, bizi işdən çıxarıb, Neft Şirkətinin işdən çıxarılmış qazmaçılarını bizim yerimizə işə götürmək istəyirlər».

«NƏ İŞDƏN ÇIXARILAN VAR, NƏ İŞƏ GÖTÜRÜLƏN»

«Azəriqaz»ın Siyəzən rayon qaz istismar sahəsinin rəisi Faiq Nəsibullayev isə deyir ki, nə işdən çıxarılan var, nə də işə götürülən.

- Səhv informasiyadır. Qətiyyən belə şey yoxdur, mən bilmirəm o işçi həmin informasiyanı haradan əldə edib. Mən sahə rəisi ola-ola bu qədər informasiyalı deyiləm.

- Şikayətçi deyir ki, ştatlar neft şirkətinin ixtisara düşmüş işçiləri üçün boşaldılır.

- Bizdə bütün ştatlar dolub və vakansiya yerimiz yoxdur. İxtisardan da söhbət gedə bilməz.
XS
SM
MD
LG