Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:21

Oğrular muzeyi cəmi 2 dəqiqəyə soyublar


Oğurlanan əsərlərdən biri - "Vaterloo körpüsü, London" (Claude Monet)

Oğurlanan əsərlərdən biri - "Vaterloo körpüsü, London" (Claude Monet)

-

Kunsthal muzeyindəki rəsmləri ikicə dəqiqəyə aparıblar
Rotterdam Muzeyindən tabloların necə oğurlanmasının təfərrüatı açıqlanıb.
Sən demə, oğrular muzeyi yanğından mühafizə sisteminin bir özəlliyinin nəticəsində soyublar.
The New York Times-ın holland polisinə istinadən verdiyi məlumata görə, oğrular muzeyə arxa qapıdan giriblər.
Rəsmi qaynağa görə, həmin gecə təhlükəsizlik sistemi qaydasında işləyirmiş.
Ancaq yanğın təhlükəsizliyində nəzərdə tutulduğu kimi, siqnalizasiya işə düşəndə arxa qapı qısamüddətli sıradan çıxaraq fəaliyyətini dayandırır.
Elektron qıfıl sıradan çıxan anda isə oğrular mexaniki qıfılı sındırıb və içəri giriblər.
Videokameranın görüntüsü üzə çıxarıb ki, çağırılmamış qonaqlar muzeyi cəmi ikicə dəqiqəyə soyublar.
5 dəqiqədən sonra hadisə yerinə çatan polislər muzeydə heç kəsi tapmayıb.
Videogörüntülərdən aydın olur ki, tabloları oğurlayanlar iki nəfər olub.
Ancaq onların üzü bağlı olub.
Polis YouTube-da qoyulan görüntülərdə oğruların paltarını və ya çantasını tanıyanlardan onlara müraciət etməsini xahiş edib.
Xatırladaq ki. oktyabrın 15-dən 16-na keçən gecə Rotterdamdakı Kunsthal muzeyində təşkil olunan “Avanqard” sərgisindən 7 qiymətli tablo aparılıb.
Muzeydən bu əsərlərin oğurlandığı bildirilir:
Pablo Picasso “Arlekinin başı” (1971),
Claude Monet—“Vaterloo körpüsü” və “Çarinq-Kross körpüsü” (1901),
Anri Matiss (Henri Matisse) “Oxuyan qız” (1919) tablosu,
L. Freud “Gözübağlı qadın” (2002),
Paul Gauguin “Açıq pəncərə önündəki qadın” (1898),
Meijer de Haan “Avtoportret” (1890).
Yeri gəlmişkən, The Daily Telegraph əsərlərin qiymətinin 130 milyon olduğu barədə mediada dolaşan xəbərlərin şişirdilmiş olduğunu yazıb.
Tabloların hesabatını incələyən The Art Loss Register təşkilatı bəyan edib ki, 7 əsərin qiyməti olsa-olsa, 64-130 milyon dollar arasında ola bilər.
Oğurlanan rəsmlər oktyabrın 7-də açılan “Avanqard” sərgisindəndir.
Muzey bu əsərləri Triton Foundation şəxsi kolleksiyadan götürüb sərgiləyirmiş.
Muzeyin 20 illiyinə həsr olunmuş sərgidə X1X və XX əsrlərdə yaşayıb yaratmış görkəmli fırça ustalarının 150-yə yaxın əsəri nümayiş olunurdu.
Hazırda sərginin davam etdiyi bildirilir.
Oğurlanan əsərlərin yerinə elə həmin kolleksiyadan başqa əsərlər yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG