Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:20

Xüsusi komisisya H.Əliyevin heykəlinin Meksikada necə qoyulmasını araşdırır


Meksika paytaxtının hökuməti şəhər bulvarlarının birində Heydər Əliyevin heykəlinin yerləşdiriməsini araşdırmaq üçün komissiya yaradıb.

Heykəl Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən ucaldılıb. AP agentliyi yazır ki, bu, səfirliyin Mexikadakı təmir xərclərinin bir qismini boynuna götürəndən sonra mümkün olub.

Heykələ etiraz edənlərin əsas arqumenti Heydər Əliyevin şəxsiyyəti ilə bağlıdır. Onlar əvvəl Sovet dövrünün kommunist, sonra da müstəqil Azərbaycanın avtoritar lideri hesab elədikləri bir şəxsin heykəlini təhqir kimi qəbul edirlər.

Mexiko şəhər bələdiyyəsinin departament rəhbəri Felipe Leal AP-yə deyib ki, komissiya bu məsələyə “obyektiv və tənqidi nəzər salaraq, məsələnin həlli ilə bağlı məsləhətlər hazırlayacaq”.

Azərbaycan səfirliyindən isə AP-yə deyiblər ki, heykəl götürülsə, Meksika paytaxtı problemlərlə üzləşə bilər. Çünki, “Parkdakı layihə ilə bağlı müqavilədə Heydər Əliyev heykəlinin 99 il qalması nəzərdə tutulur.

Yazıda qeyd olunur ki, Meksika paytaxtında Xocalı faciəsinə həsr olunmuş daha bir heykəl də var ki, buna da şəhərin erməni icması etiraz edir və bildirir ki, Xocalıda baş verənlərlə 1915-ci ildə ermənilərin kütləvi qətlini eyniləşdirmək düzgün deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG