Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:07

Qərb bölgəsində ölü heyvan əti satan şəbəkə var


Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Onun sözlərinə görə, şəbəkə Gəncə, Tovuz, Qazax və Gədəbəydə qruplaşıblar.
Eyyub Hüseynov əlavə edir ki, əldə olunan ətlərin əsasən Bakı bazarlarına və yeyinti hazırlanan məkanlara verildiyi müəyyənləşib. Hələlik araşdırılma aparıldığından Eyyub Hüseynov məkanların və nə qədər belə ət məhsulunun aşkarlandığını demək istəməyib.

Birliyin sədri bölgədə saxta duz istehsalı ilə bağlı araşdırmanın ən son nəticəsindən də danışıb. Bildirib ki, bölgədəki satılan duzların 20 faizi sertifikatsız və sağlamlıq üçün zərərlidir. Məlumata görə, araşdırmalar zamanı aşkarlanan zərərli duz məhsulunun miqdarı 10 tona çatıb. Duzlar əsasən Ukrayna markası adından hazırlansa da Bakıda kustar üsulla yığılaraq qablaşdırılır.

Eyyub Hüseynov deyib ki, saxta duzların tərkibində yod olmadığından istifadə etmək məsləhət deyil. Bundan başqa, kustar üsulla hazırlandığına görə bu duzların tərkibində radioaktiv və digər orqanizm üçün təhlükəli olan birləşmələr ola bilər.

Eyyub Hüseynov bildirib ki, zərərli məhsulların satışı təkrarlanmasın deyə rayon və şəhər İcra Hakimiyyətlərinə, İqtisadi İnkişaf Nazirliyinə və digər aidiyyatı qurumlara məlumat verilib.
XS
SM
MD
LG