Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:38

Сarmen Souza Bakıda konsert verdi


Arxiv foto
Arxiv foto
Oktyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində daha bir konsert olub.

Musiqisevərlər Beynəlxalq Muğam Mərkəzində portuqaliyalı Carmen Souza-nın ifasını dinləyiblər.

Xəbəri Mədəniyyət və Turizm İdarəsinin saytı yayıb.

Xəbərdə bildirilir ki, hələ uşaq yaşlarında Lusophone İncil Xorunda oxumağa başlamış Carmen özünü məhz musiqidə görüb.

O, ənənəvi Afrika və Kabo Verde ritmlərini birləşdirərək yeni, özünəməxsus ritmlər, səslər və ifa tərzi yaradıb.

Müğənninin «Protegid» adlı albomu «Best World Music Album 2010» mükafatına layiq görülüb.

Carmen Souza 2005-ci ildən dünya musiqi səhnəsinə çıxıb, Hollandiya, Böyük Britaniya, Danimarkada keçirilən musiqi festivallarında iştirak edib.

2011-ci ildə iştirak etdiyi San-Fransisko və Monterey caz festivalları ona uğurlar gətirib.

Bu yaxınlarda müğənninin «Inspiracon/Inspiration» albomu işıq üzü görüb.
XS
SM
MD
LG