Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:43

Kafka əsərlərini gecələr yazırdı - özünə zülm edərək...


Kafkanın yazı masası

Kafkanın yazı masası

-

"Gecəquşu" idi Kafka...

20-ci əsrin ən böyük yazarlarından olan Franz Kafka məktublarında öz gündəlik iş və yazı qrafikini təsvir edir.

Sığorta şirkətində 12 saatlıq iş rejimi ilə çalışdığı üçün bir müddət onun yazı-pozuya heç vaxtı qalmırdı.

Şirkətdə şöbə müdiri vəzifəsinə irəli çəkiləndən sonra isə Kafka yalnız bir növbə işləməyə başlayır.

İş səhər 8:30-da başlanıb 2:30-a bitirdi.

3:30-a qədər nahar edən yazıçı daha sonra orqanizminə istirahət verir, 7 30-a qədər yatırdı. Axşam valideynləri ilə birgə şam edəndən sonra – 23 00-da isə yazı masasının arxasına keçirdi.

Əvvəlcə məktub və gündəliklərinin yazılmasına vaxt ayırırdı. Bu adətən 1-2 saat çəkirdi.

“Daha sonra özümdə nə dərəcədə güc tapmağımdan, yazı həvəsimin nə dərəcədə olmasından və bəxtimin nə dərəcədə gətirməsindən asılı olaraq gecə saat birə, ikiyə, yaxud üçə qədər yazırdım, bir dəfə isə səhər saat altıya qədər işləmişdim”.

Bundan sonra yazıçı yatağına uzanır və “özünü yatmağa məcbur edirdi ki”, səhər yenə işə getmək halında olsun.

Bu ağır gündəlik iş rejiminə görə Kafka daim yorğun olurdu və onsuz da zəif olan orqanizmi daha da heydən düşürdü.

Kafkaya məktublarında nişanlısı Felisiya bundan narahatlığını bildirir, yazıçıya vaxtını daha rasional bölüşdürməyi tövsiyə edir.

Kafka isə bu irada ağrılı reaksiya verir:

“Bu qrafik yeganə mümkün variantdır. Əgər buna dözə bilməyəcəmsə, lap pis. Amma birtəhər dözməyə çalışacam”.

Dostu Maks Brod isə sonralar öz arzusunu dilə gətirərək deyirdi ki, kaş ki valideynləri Kafkaya böyük məbləğdə pul verəydilər, o da işdən çıxa, Rivyerada bir kiçik ev kirələyib “Allahın Kafkanın beynindən istifadə edərək dünyaya bəxş etmək istədiyi əsərləri yarada biləydi”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG