Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:44

Sədi Sani Qarabağinin divanının surəti Bakıya gətirilib


Arxiv foto
Arxiv foto
Ankara Milli Kitabxanasından XIX əsr Azərbaycan şairi Sədi Sani Qarabağinin azərbaycanca lirik şeirlər toplusu divanının surəti tapılıb.

Xəbəri Əlyazmalar İnstitutunun rəsmi saytı yayıb.

Əlyazmalar İnstitutunun şöbə müdiri Azadə Musayevanın Bakıya gətirdiyi divan 116 vərəqdən ibarətdir.

1888-ci ildə Həsən Əlizadə tərəfindən gözəl nəstəliq xətti ilə köçürülüb.
Divanda şairin farsca şeirləri də var.

Xatırladaq ki, Sədi Ocaqqulu oğlu Sani 1854-cü ildə Qarabağın Cavanşir qəzasının Cinli kəndində doğulub.

Təhsilini Şuşada və Türkiyənin Amasiya şəhərində Hacı Mir Həmzə Seyid Nigarinin yanında alıb.

«Məclisi-fəramuşan» şairləri, xüsusilə Həsənəli xan Qaradaği (1882-ci ildə çıxan «Vətən dili» dərsliyinin müəllifi, görkəmli maarifçi, şair, pedaqoq -S.İ.) ilə yaxınlıq və dostluq edib.
Klassik üslubda, Azərbaycan və fars dillərində yazıb.

Şair Sədi Sani 1879-cu ildə cəmi 25 yaşında vəfat edib.

Şairin bədii irsinin bir hissəsi günümüzə çatıb.

Bu ilin ortalarında «Nurlan» nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Raqub Kərimovun «Sədi Sani Qarabağinin həyat və yaradıcılığı – Sədi Sani Qarabaği qəzəlləri» kitabı da nəşr olunub.

Əldə edilmiş bu surət adı XIX əsr Azərbaycan poeziyasına təriqət şairi kimi düşmüş Sədi Sani Qarabağinin əsərlərini ilk dəfə tam şəkildə tədqiq və çap etməyə imkan verəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG