Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:34

Moskvada Azərbaycan və erməni diaspor nümayəndələrinin görüşü başlayıb


Oktyabrın 23-də Moskvada Rusiyadakı Azərbaycan və erməni diaspor nümayəndələri arasında görüş başlayıb.

Bu barədə Rusiyadakı azərbaycanlıların «Azərross» analitik-informasiya portalı məlumat yayıb.

Dəyirmi Masada müzakirələr 4 məsələ - Rusiyadakı Azərbaycan və erməni cəmiyyətlərinin, diasporunun millətlərarası sülhün bərqərar olunmasında artan rolunu, milli siyasət strategiyası layihəsinin müzakirəsi və milli KİV-in çoxmillətli Rusiya cəmiyyətinin konsolidasiyasında rolunu ətrafında aparılır.

Görüşün sonunda iki diaspor nümayəndələrinin birgə müraciət qəbul edəcəkləri gözlənilir.

Sözügedən görüşün Rusiyadakı azərbaycanlıların «Azərross» Federal Milli Mədəni Muxtariyyəti və Rusiya Erməni İttifaqının təşəbbüsü ilə keçirildiyi bildirilir.
XS
SM
MD
LG