Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:23

Casuslar və hakerlər Britaniyanı bombardman edirlər


Arxiv foto: Maskalı haker Yelisey sarayının saytına hücum edir

Arxiv foto: Maskalı haker Yelisey sarayının saytına hücum edir

Hakerlər və xarici casuslar Britaniyanın hökumət departamentlərini və bizneslərini bombardman edirlər.

«The Daily Telegraph» qəzetinin təhlükəsizlik məsələləri üzrə redaktoru Tom Whitehead yazır ki, internet kriminalları və anarxistlər təkcə dövləti və ticarəti deyil, həm də infrastruktur və kommunikasiyaları və hətta peyk sistemlərini hədəf seçirlər.

Britaniyanın xarici işlər naziri William Hague bildirib ki, hər bir saatda Birləşmiş Krallığın hansısa bir sistemi kiber hücuma məruz qalır.

Hərçənd, ölkənin təhlükəsizlik orqanları söhbətin saatlardan yox, dəqiqələrdən getdiyini deyirlər.

200 E-MAİL HESABINA HÜCUM OLUB

William Hague

William Hague

Xəbər verilir ki, ötən yay hakerlərdən ibarət bir qrup 30 hökumət departamentində 200 e-mail hesabına hücum edib.

Xarici İşlər Nazirliyi bildirib ki, təhlükəsizlik sistemi olmasaydı, hakerlər «olduqca incə hökumət informasiyasına» çıxış tapa bilərdilər.

Kiber cinayətkarlıq Britaniyaya ildə 27 milyard funt sterlinq ziyan vurur. Təkcə bu ilin əvvəllərində London bizneslərindən birinə haker hücumu şirkətə 800 milyon funt sterlinqə oturub.

Xarici İşlər Nazirliyi bildirir ki, hazırda adamların kompüterlərindən bank hesablarının nömrə və başqa göstəricilərini «oğurlaya bilən» proqramları «qara bazardan» təxminən 3000 funt sterlinqə almaq mümkündür.

Bu da xəbər verilir ki, hakerlərin qabiliyyəti və hədəflərinin sayı getdikcə artmaqdadır.

İNTERNET CİNAYƏTKARLIĞA QARŞI FƏAL MÜBARİZƏ

Oktyabrın əvvəllərində mötəbər analitik araşdırma mərkəzlərindən biri - Royal United Services İnstitutunun keçirdiyi konfrans xəbərdarlıq edib ki, növbəti hədəf peyklər ola bilər və bu isə öz növbəsində bütöv kommunikasiyaların və nəqliyyat xidmətləri sistemlərinin sıradan çıxarılmasına imkan yaradar.

Ötən ay Hökumət Kommunikasiyaları Baş Qərargahının rəisi Iain Lobban demişdi ki, hakerlər məxfi yolla ayrı-ayrı şirkətlərin kompüter sistemlərini işlədirlər, çünki həmin şirkətlər yanlış olaraq yaxşı mühafizə olunduqları qənaətindədirlər.

Hökumət və onun Kommunikasiyalar Baş Qərargahı şirkətləri internet cinayətkarlığına qarşı mübarizədə fəal iştiraka çağırırlar.

HÜCUMLARIN 80%-NİN QARŞISI ALINANDIR

Belə bir ehtimal var ki, internet hücumlarının 80 faizi qarşısı alınandır.

Jonathan Evans

Jonathan Evans

Britaniyanın Mİ5 kəşfiyyat xidmətinin baş direktoru Jonathan Evans bildirib ki, düşmən ölkələrin və kriminalların hökumət sirləri üçün təhlükəsi heyrətamiz şəkildə artıb.

Baş nazirin şəxsən təyin etdiyi Kəşfiyyat və Təhlükəsizlik Komitəsi hesab edir ki, Britaniya ona hücum edən ölkələrə və cinayətkarlara qarşı kiber müharibə elan etməlidir və əməliyyatlarını onların öz üsulları ilə sıradan çıxarmalıdır. Başqa sözlə baş nazirin komitəsi hakerliyə-hakerliklə cavab verməyi təklif edir.

Təhlükəsizlik və kəşfiyyat agentlikləri tövsiyə edirlər ki, düşmən ölkələrə qarşı «Stuxnet» kimi viruslardan istifadə edilə bilər.

Onlar xatırladırlar ki, İranın nüvə proqramlarına qarşı məhz bu virusdan istifadə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG