Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:28

Vəkil 20 oktyabr aksiyasında həbs olunanlarla görüşüb


-
Vəkil Əsabəli Mustafayev 20 oktyabr aksiyasında həbs olunan və hazırda Binəqədi müvəqqəti saxlanma təcridxanasında olan 13 nəfərlə görüşüb.

Onun AzadlıqRadiosuna dediyinə görə, gənclər saxlanma şəraitlərindən narazı olmadıqlarını desələr də, tutulan zaman zorakılığa məruz qaldıqlarını bildiriblər.

«AXCP üzvü Şakir Abbasov dedi ki, o, saxlanan zaman zorakılığa məruz qalıb. Bundan başqa saxlananlardan biri, 2-ci qrup əlil Şahin Mirzəyev astma xəstəliyindən əziyyət çəkir. Onun səhhəti tez-tez pisləşdiyindən, ona bir neçə dəfə təcili yardım çağırılıb. İndi biz apellyasiya şikayəti verməyə hazırlaşırıq».

Oktyabrın 20-də parlamentin buraxılması tələbi ilə Fəvvarələr Meydanında keçirilən aksiya ilə bağlı saxlananların 13-nə 7-10 günlük inzibati həbs cəzası verilib.

Oktyabrın 22-də isə bir-neçə hüquq müdafiə təşkilatının rəhbəri prezidentə müraciət edərək, Qurban bayramı ilə bağlı həmin gənclərin azadlığa buraxılmasını istəyib.
XS
SM
MD
LG