Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25

Buddistlərlə müsəlmanlar arasında qanlı toqquşma olub


Myanmanın qərbindəki Rahin ştatında buddistlərlə müsəlmanlar arasında qanlı toqquşma olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, azı 3 adam ölüb. Talanlar baş verib. Bir neçə kənddə yüzlərlə ev yandırılıb.

İyun ayında Rahin ştatında baş verən toqquşmalar zamanı onlarla adam öldürülmüşdü, on minlərlə adam ev-eşiyindən didərgin düşmüşdü.

Rahin ştatının əhalisi əsasən müsəlmanlardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG