Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:27

«Həm bilet satırlar, həm də əlavə gedişhaqqı alırlar»


Arxiv foto: Bakı avtobus terminalı
Arxiv foto: Bakı avtobus terminalı
«Bu ayın 12-də Xaçmaza getmək üçün beynəlxalq avtovağzalda avtobusa bilet aldım. Gəldim oturdum avtobusa, sürücü gedişhaqqı tələb etdi, mən də bileti təqdim etdim. Sürücü məni avtobusdan düşürtdü ki, burda bilet işləmir».

Bakı sakini Elnur Kərimov «Qaynar xətt»ə şikayət edir ki, hər dəfə Xaçmazda yaşayan qohumlarının evinə gedəndə avtobus sürücüləri və bilet satan kassa işçiləri ilə mübahisəyə girir. Çünki hər dəfə avtobusa minəndə sürücülər aldığı bileti qəbul etməyərək ondan gedişhaqqı tələb edirlər.

XAÇMAZ AVTOBUSLARINDAN NARAZILIQ

Elnur Kərimov: «Xaçmaz avtobuslarında hamı narazılıq edir. Gedirəm kassadan bilet alıram, sürücü isə deyir yox, bu bilet bu avtobusda keçmir, gedişhaqqı verməlisən. Qayıdıram kassaya, deyirəm filan avtobusun sürücüsü bu bileti qəbul etmir, kassir də üstündən atır, deyir, o avtobus biletlə işləyir, get sürücü ilə özün aydınlaşdır. Xaçmaz avtovağzalından bu tərəfə gələndə də eyni vəziyyətdir. 2 manat 50 qəpik biletə veririk, sonra da 4 manat sürücüyə. Sərnişinləri soyub-talayırlar. Avtovağzalda şikayət etməyə adam da tapmırsan».

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov «Qaynar xətt»ə bildirib ki, belə hallarla qarşılaşan sərnişinlər mütləq Nazirliyə məlumat verməlidirlər. O ki qaldı qeyd olunan şikayətə, bununla bağlı araşdırma aparılacaq.
XS
SM
MD
LG