Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:54

TQDK qanunsuz test kitabları ilə bağlı polisə müraciət edib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test kitabları alanları diqqətli olmağa çağırır.

Oktyabrın 23-də qurumun internet səhifəsində yerləşdirilən xəbərdarlıqda TQDK nəşrlərinin saxtalaşdırılmış nümunələrinin satıldığı bildirilir.

Məlumatda TQDK-nın siniflər üzrə test kitablarının saxta nümunələrinin qeyri-qanuni yollarla çap olunub satıldığını bildirir.

Orijinal kitablarda TQDK-nın loqosu, fənnin adı və sinif yazıları qabarıq və ilişkənli formada çap olunduğundan, onları əl toxunuşu ilə eyni cür çap olunmamış saxta nümunələrdən fərqləndirmək mümkündür.

Qurum qanunsuz test kitablarının çap olunmasının qarşısının alınması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirir.
XS
SM
MD
LG