Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:58

«Azərbaycanın sağlam gəncliyi... tabe olmayan gəncləri tərbiyə etməlidir»


Mətbuat icmalı
Mətbuat icmalı
«BAKININ «ANALOQSUZ PARKI»

«Bizim yol» yazır ki, «Bakının «analoqsuz parkı» sökülür. Qəzetin yazdığına görə, 4 il əvvəl təmirdən çıxmış Yasamal parkı yenidən sökülüb abadlaşdırılır.
Yazıda qeyd edilir ki, 2 hektar ərazisi olan park 2008-ci ilin sentyabrında təmir edilib və təntənəli açılışı olub.

«BİZ BELƏ HALLARI GÖRMÜŞÜK»

«Azərbaycanın sağlam gəncliyi qanun keşikçilərinin çağırışlarına tabe olmayan gəncləri tərbiyə etməlidir». «Yeni Azərbaycan» qəzetinin yazdığına görə, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oktyabrın 20-də Fəvvarələr Meydanında gənclərin keçirdiyi aksiyaya münasibət bildirərkən deyib.
Şöbə müdiri deyib ki, «biz belə halları görmüşük və bundan sonra da belələri olacaqsa, qarşısı alınacaq».

NEFT ŞİRKƏTİ İŞÇİLƏRİNİN NÖVBƏTİ BASQINI...

«Yeni Müsavat» qəzeti Neft şirkətinin işçilərinin Bakıda növbəti dəfə evlərə basqın etdiyini yazır. Qəzet 20-yə yaxın ailənin mənzilindən zorla küçəyə atıldığını, onlarla sakinin xəstəxanalıq olduğunu qeyd edir.

Sakinlərin dediklərindən: Ailəmizi yatdığı yerdə zorla evdən çıxardılar. Qadın, uşaq, qoca demədən hər kəsə qarşı zor tətbiq etdilər. Qardaşımı o qədər döydülər ki, o, xəstəxanalıq oldu. Azyaşlı məktəblini yarı yoldan qaytarıb, çantasını bir kənara \atıb vurdular...».

XARİCƏ GEDƏNLƏR GƏLƏNLƏRDƏN 8 DƏFƏ ÇOXDUR

«Azərbaycan» qəzeti yazır ki, «Azərbaycana daimi yaşamaq üçün gələnlər ölkəni tərk edənlərdən 8 dəfə çoxdur».

Qəzet bunu Dövlət Statistika Komitəsinə istinad edərək yazır. Qəzet bununla yanaşı son dövrlərdə birinci dəfədir ki, doğum səviyyəsinin aşağı düşdüyünü qeyd edir. «Əgər vəziyyət gələcək aylarda da bu cür olsa yəqin ki, sosioloqlar, həkimlər statistiklər səbəbləri arayıb tapacaq, şərh edəcəklər. Sevindirici hal odur ki, bu il ölümün səviyyəsi artmayıb».

LONDONDA AZƏRBAYCAN FİLMLƏRİ HƏFTƏSİ

«Zerkalo» qəzeti noyabrın əvvəllərində Londonda Azərbaycan filmləri həftəsinin keçiriləcəyini yazır. Qəzet festivalda «Buta», «Qapı», «Seçki məntəqəsi» və s. filmlərin nümayiş olunacağını qeyd edir.

MƏHKƏMƏYƏ GÖNDƏRİLƏN SƏNƏDLƏR YOXA ÇIXIB

«Azadlıq» qəzeti yazır ki, həbsdə olan sabiq «Texnikabank» əməkdaşı «Elnur Seyidovun Avropa Məhkəməsinə göndərilən sənədləri yoxa çıxıb». Vəkil Əsabəli Mustafayev hesab edir ki, «bu məsələ Avropa Məhkəməsi ilə Azərbaycan hakimiyyəti arasında ciddi qalmaqala səbəb olacaq».

AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs edib. O, dələduzluqda ittiham edilir. Elnur Seyidov isə günahsız olduğunu və Əli Kərimliyə görə həbs olunduğunu bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG