Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:11

Zəlzələ xəbərdarlığı verə bilmədiklərinə görə 7 alim və məmur məhkum olundu


İtaliya məhkəməsi vaxtında adekvat zəlzələ xəbərdarlığı vermədiklərinə görə 6 alimə və bir hökumət rəsmisinə 6 ilə kimi həbs cəzası kəsib.
Onların hamısı Böyük Risklərin Qarşısının Alınması üzrə Milli Komissiyanın üzvləridir.
Onlar öz üzərlərinə düşən vəzifəni yerinə yetirməməkdə günahkar biliniblər.

2009-cu ildə L”Aquile şəhərində zəlzələ 300 adamın ölümünə səbəb oldu.

ABŞ-ın Geofiziki Birliyi alimlərin məhkəməyə çəkilməsini pisləyib. Birliyin fikrincə belə qərarlar gələcəkdə alimləri hökumətlə işləməkdən və hətta seysmik risklərə yaxın durmaqdan çəkindirə bilər.
XS
SM
MD
LG