Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:27

Ukraynada gizlənən müxalifətçini necə “oğurladılar”?


Leonid Razvojjayev, 11 oktyabr 2012

Leonid Razvojjayev, 11 oktyabr 2012

-

“Bu ilin mayında Moskvada keçirilən və polislə qarşıdurmaya aparıb çıxaran nümayişləri Gürcüstan rəsmiləri maliyyələşdirib”.

Rusiyanın İstintaq Komitəsi bildirib ki, bunu müxalifətçi Leonid Razvojjayev yazdığı etirafedici ifadədə qeyd edir.

Razvojjayev Rusiya Dövlət Dumasının deputatı Ilya Ponomaryovun köməkçisidir.

İstintaq Komitəsinin sözçüsü Vladimir Markin oktyabrın 21-də bildirib ki, Razvojjayev könüllü şəkildə istintaqla əməkdaşlığa razı olub və 10 səhifəlik yazılı ifadə verib:

- Razvojjayev öz ifadəsində Sol Cəbhə lideri Sergey Udaltsov və onun köməkçisi Konstantin Lebedev, eləcə də başqa şəxslərlə birlikdə Rusiyada kütləvi iğtişaşlara necə hazırlaşdıqlarını detallı təsvir edir. O, həmin sənəddə bildirir ki, sözügedən şəxslərin mayın 6-da Moskvada Bolotnaya Meydanında təşkil edilmiş iğtişaşlarda da əli var”.

Markinin sözlərinə görə, Razvojjayev bildirib ki, iğtişaşlarla nəticələnmiş həmin nümayişləri Gürcüstan prezidenti Mixeil Saakaşvilinin yaxın müttəfiqi – gürcü deputat Givi Tarqamadze maliyyələşdirib.

Markinə görə, Razvojjayev öz vəkillərinin iştirakı ilə dindirilib.

TƏHVİL VERİLİB, YOXSA "OĞURLANIB"?

Bu iddialar ilk dəfə oktyabrın 5-də Rusiyanın NTV kanalında yayınlanan proqramda səslənmişdi.

2 həftə sonra hüquq-mühafizə orqanları proqramda adı çəkilən Udaltsov, Lebedev və Razvojjayevə cinayət işi açmışdılar.

Rusiya müxalifətinin Moskvada Bolotnaya meydanında keçirdiyi aksiya, 6 may 2012

Rusiya müxalifətinin Moskvada Bolotnaya meydanında keçirdiyi aksiya, 6 may 2012

Keçən həftə Razvojjayev rus saytlarının birinə bildirmişdi ki, “bundan sonra gizlənəcək”.

Oktyabrın 21-də isə LifeNews saytında Razvojjayevin polis maşınına mindirildiyini və “Onlar məni Ukraynada oğurlayıblar, iki gün işgəncə veriblər” qışqırdığı kadrlar yerləşdirilib.

Razvojjayevin tərəfdarları deyirlər ki, o, Ukraynada BMT-nin Qaçqınlar Komitəsinin Kiyevdəki ofisinin qarşısından “oğurlanıb”.

BMT-nin Qaçqınlar Komitəsinin Kiyevdəki ofisinin sözçüsü Oleksandra Makovska deyib ki, Razvojjayev onların qurumunda qeydiyyata düşmə prosesində idi.

Onun sözlərinə görə, Razvojjayev fasilə zamanı yoxa çıxıb və əşyalarını da götürməyib.

"İFADƏ İŞGƏNCƏ YOLU İLƏ ALINIB"

Sol Cəbhə lideri Udaltsov isə bildirib ki, onların hər üçünə qarşı irəli sürülmüş ittihamlar əsassızdır. Razvojjayevin etirafedici ifadələr verməsi isə, onun fikrincə, ya dezinformasiyadır, ya da ona edilən təzyiqin, o cümlədən verilən işgəncənin nəticəsidir.

Razvojjayevin vəkili Violetta Volkova isə bildirib ki, onlar Ukrayna dövlətinə müraciət edəcəklər:

Givi Tarqamadze

Givi Tarqamadze

- Əlbəttə, biz Razvojjayevin qanunsuz ekstradisiyası məsələsini aydınlaşdırmaq niyyətindəyik. Öyrənmək istəyirik ki, bu, Rusiya xüsusi xidmət orqanlarının Ukraynada keçirdikləri bir əməliyyatdır, yoxsa Razvojjayevi Ukrayna Rusiyaya təhvil verib? Təhvil veribsə, hansı əsasla?

İstintaq Komitəsi isə bildirir ki, Razvojjayevə qarşı yaxın günlərdə rəsmi ittiham irəli sürüləcək.

İttihamlarda adı hallandırılan gürcü deputat Tarqamadze isə deyib ki, NTV-də göstərilən film də, səsləndirilmiş rəsmi ittihamlar da Rusiya prezidenti Putinin sifarişidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG