Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:06

Marilyn Monroe-nun bəyaz, Audrey Hepburn-nün qara donunu görmək istəyən…


Audrey Hepburn-ün çəkildiyi filmdən kadr

Audrey Hepburn-ün çəkildiyi filmdən kadr

Londonda maraqlı sərgi açılıb.

Dünya mediası ağızdolusu bu sərgidən yazır.

Ötən əsrdə Hollywood-un ən məşhur filmlərinin qəhrəmanlarının geydiyi 130 kostyum oktyabrın 20-dən Londonda sərgilənməyə başlayıb.

Sərgi tanınmış Victoria and Albert Museum-da (V&A) açılıb.

Deyilənə görə, təşkilatçılar ekspozisiyanı 5 ilə bir araya gətirə biliblər.

Ağ-qara filmlərin personajlarından tutmuş, ta James Cameron-un «Avatar» filminin qəhrəmanının geydiyi kostyumlara qədər bu sərgidə toplanıb.

Sərgi - film kimi 3 bölümdən ibarətdir. «Səhnə» - deyə sıralanan bölümlər kostyumların dizayn və yaranma ardıcıllığını bütün mərhələlərlə canlandırır.

Birinci bölümdə, tamaşaçılar paltarlara rəssamların çəkdiyi orijinal eskizləri, filmlərdə səslənən məşhur dialoqları və təbii ki, kostyumların özünü görə biləcəklər.

İkinci bölümdə, auditoriya qarşısında geyim rəssamı ilə rejissorun ideyası və kamera qarşısında bu ideyanı gerçəkləşdirən aktyorun bir-birinə qarşılıqlı təsiri canlanır. Bu bölümdə maraqlı arxiv materiallarından da istifadə olunub. Bəzi filmlərin yaradıcılıq tandemində «doğuluşu» göstərilib.

4 AY DAVAM EDƏCƏK SƏRGİ

Üçüncü bölüm, — «Final» adlanır. Burada Amerika kino tarixinin ən səs-küylü, ən məşhur filmlərinin kostyumları sərgilənir.

Sharon Stone-un «Əsas instinkt» filmində geydiyi krem rəngli paltar, Harry Potter-in məktəbli forması, Marilyn Monroe-nun «The Seven Year Itch» filmindəki bəyaz donu, «Titanic» filmində qəhrəmanların—Leonardo Di KaprioKeyt Uinslet-in geydiyi paltarlar, Scarlett O'Hara-nın «Küləklə sovrulanlar» filmindəki bordo rəngli məxmər donu, Audrey Hepburn-nin «Tiffanidə səhər yeməyi» filmindəki qara paltarı və s...

Sərgi 2013-cü il yanvarın 27-dək davam edəcək.

Daha sonra sərginin dünyanın bir çox şəhərlərini gəzəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG