Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:28
-

Çağdaş dünya ədəbiyyatı tərcümə dərgisi olan “Ağac”ın üçüncü sayı çıxdı.

“Ağac”ın bu sayında əvvəlkilərdən fərqli olaraq şeirə daha çox yer verilib.

İran ədəbiyyatından Əhməd Şamlunun, yapon ədəbiyyatından Mati Tavaranın, alman ədəbiyyatından Tomas Bernhardın şeirləri, həmçinin Çarlz Bukovsinin, Peter Ştamın hekayələri, müasir rus yazarı Eduard Limonovun müsahibəsi ilk dəfə olaraq Azərbaycan dilinə çevrilib.

Bundan əlavə dərgidə müxtəlif müəlliflərdən kino, siyasət, sosial həyat haqqında maraqlı məqalələr yer alıb.

Jurnalı Bakının bütün kitab mağazalarından, metroservis satış köşklərindən, həmçinin “Əli və Nino” kitab dükanlarından əldə etmək olar.

Namiq Hüseynli

Günün bütün mövzuları

XS
SM
MD
LG