Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21
Moskvada Müslüm Maqomayev adına vokalçıların ikinci beynəlxalq müsabiqəsi başa çatıb.

APA-nın məlumatına görə, finala vəsiqə qazanan 10 gəncin gərgin mübarizəsindən Özbəkistan təmsilçisi qalibiyyətlə ayrılıb.

Müsabiqənin birinci günü iştirakçılar opera və estrada əsərləri ifa ediblər.

Müsabiqənin ikinci günü Müslim Maqomayevin repertuarına müraciət edən gənc vokalçılar iki dəfə səhnəyə çıxıb klassik və estrada janrında mahnılar ifa ediblər.

Müsabiqənin sonunda Tamara Sinyavskaya-nın rəhbərlik etdiyi münsiflər heyətinin qərarı açıqlanıb.

Yekunda mümkün 240 xaldan 228-ni qazanan Özbəkistan təmsilçisi Zhenizbek Piyazov müsabiqənin qalibi elan olunub.

Qalibə Müslüm Maqomayev Fondunun rəhbəri Araz Ağalarov tərəfindən 25 min ABŞ dolları dəyərində pul mükafatı verilib.

Bununla da 10 ölkədən 17 gəncin iştirak etdiyi Müslüm Maqomayev adına vokalçıların ikinci beynəlxalq müsabiqəsi başa çatıb.

Müsabiqədə Azərbaycanı Xəyyam Mustafazadə təmsil edib.

M. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya-nın rəhbərlik etdiyi münsiflər heyətinə Rusiyanın xalq artistləri Yelena Obraztsova, Layma Vaikule, Lev Leshenko, Dmitri Bertman, Vincenzo De Vivo (İtaliya) və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli daxil idi.

«Crocus City Hall»da gerçəkləşən müsabiqədə Emin Ağalarov da səhnəyə çıxıb.

Uşaqlıqdan Müslim Maqomayev yaradıcılığının vurğunu olan məşhur bəstəkar və iş adamı sənətkarın repertuarından olan və bir zamanlar onunla birgə oxuduğu «My Way» mahnısını ifa edib.
XS
SM
MD
LG