Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:28

Türkiyə həbsdə olan jurnalistlərin sayına görə dünyada liderdir


Jurnalistləri Müdafiə Komitəsi
Jurnalistləri Müdafiə Komitəsi
Türkiyə həbsdə olan jurnalistlərin sayına görə, dünyada lider ölkədir. Bu barədə Jurnalistləri Müdafiə Komitəsi oktyabrın 22-də açıqladığı yeni hesabatında bildirib.

JMK deyib ki, 2012-ci il avqustun 1-nə olan məlumata görə, Türkiyədə 76 jurnalist həbsdədir. Onların 61-i öz fəaliyyətlərinin nəticəsi olaraq həbs edilib.

Komitə onu da əlavə edir ki, həbsdə olan jurnalistlərin 70 faizi kürddür. Həbsxanadakı media işçilərinin 30 faizi hökumətə qarşı sui-qəsddə və ya qeyri-qanuni təşkilatlarda iştirak etməkdə suçlanır.

Hesabatda qeyd olunur ki, həbsdə olan jurnalistlərin 1/3-i hər hansı ittihamla təqsirləndirilməyib, onlar hələ də məhkəmə prosesinin nəticəsini gözləyirlər.

Adətən onlara qarşı ittihamlar ondan doğur ki, jurnalistlər ya təhlükəsizlik əməkdaşları ilə danışırlar, ya da sənədlər əldə edirlər.

ÖTƏN İL TÜRKİYƏDƏ JURNALİSTLƏRƏ QARŞI 5 MİN CİNAYƏT İŞİ AÇILIB

Hesabatda göstərilib ki, 2011-ci ildə jurnalistlərə qarşı 5 min cinayət işi açılıb.

JMK Türkiyə hökumətini filtrə icazə verən «İnternet haqqında qanuna» görə də tənqid edib.

Komitənin icraçı direktoru Joel Simon deyib ki, «Türkiyənin tənqidi jurnalistikanı terrorizmlə bərabərləşdirmək tendensiyası ölkənin təhlükəsizlik narahatlıqlarına haqq qazandırmır».

Komitə ölkənin baş naziri Rəcəp Tayyip Ərdoğana tövsiyə edib ki, mətbuata qarşı hücumu dayandırsın və jurnalistlərə qarşı ədaləti təmin etsin.

Joel Simon bildirib ki, «Türkiyənin regional və qlobal gücünün artması, iqtisadi və siyasi uğurları söz və ifadə azadlığına, ideyalara hörmət qoyması ilə səsləşməlidir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG