Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:04

Kanadalı zabit ayda 3 min dollara Rusiyaya informasiya satıb


ABŞ-ın Kanadadakı səfiri deyir ki, casusluğunu boynuna almış kanadalı hərbi-dəniz zabiti onun və öz ölkəsinin sirlərini Rusiyaya verib.

Kanada televiziyasına müsahibəsində səfir David Jacobson deyib ki, kanadalı zabit ABŞ və vətəninə adi məlumatları Rusiya tərəfinə satıb. Amma o, informasiyaların məğzini açıqlamaqdan imtina edib: "Burda gizli məlumatlar çoxdur".

40 yaşlı zabit Jeffrey Paul Delisle oktyabrda keçirilən məhkəmədə ona qarşı ittihamı qəbul edib.

Delisle Rusiyaya ötürdüyü informasiyanın müqabilində hər ay 3 min dollar alıb.
XS
SM
MD
LG