Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:13

Türkiyə həbsxanasında ən çox jurnalist olan ölkədir


Türkiyə həbsdə olan jurnalistlərin sayına görə dünyada lider ölkədir. Bu barədə Jurnalistləri Müdafiə Komitəsi oktyabrın 22-də açıqladığı yeni hesabatında bildirib.

JMK deyib ki, 2012-ci il avqustun 1-nə olan məlumata görə Türkiyədə 76 jurnalist həbsdədir. Onların 61-i öz fəaliyyətlərinin nəticəsi olaraq həbs edilib.

Komitə onu da əlavə edir ki, həbsdə olan jurnalistlərin 70 faizi kürddür. Həbsxanadakı media işçilərinin 30 faizi hökumətə qarşı sui-qəsddə və ya qeyri-qanuni təşkilatlarda iştirak etməkdə suçlanır.

Hesabatda göstərilib ki, 2011-ci ilin sonuna qədər jurnalistlərə qarşı 5 min cinayət işi açılıb.

JMK Türkiyə hökumətini filtrə icazə verən İnternet haqqında qanuna görə də tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG