Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:56

Gəncədə insan əli dəymədən çörək bişirən zavod tikilir


«Neon» firmasının nəzdində tikiləcək müəssisədə bir sutkada 25 ton çörək istehsal ediləcək.

Bu barədə «Neon» firmasının baş direktoru Arif Həsənov məlumat verib.

Onun sözlərinə görə, yeni çörək zavodunun istismara verilməsi ilə 25 nəfər işlə təmin olunacaqdır.

A. Həsənov deyir ki, zavodun sahəsi 1500 km m-dir və tam müasir standartlara cavab verən avadanlıqlarla təmin ediləcək. Avadanlıqlar Türkiyədən gətirilib və burada insan əli dəymədən çörək bişiriləcək. Müəssisədə cəmi 25 nəfər işlə təmin olunacaq ki, burada insanlar sadəcə hazır çörəkləri qablara yerləşdirməklə məşğul olacaqlar.

Arif Həsənovun sözlərinə görə, zavoddakı avadanlıqlar mavi yanacağın daha az sərfiyyatına şərait yaradır. Belə ki, əvvəl bir saatda 400 kub qaz sərf edilirdisə, bu zavodda həmin həcm 100-ə endiriləcək.

Zavodun təmiri ilə əlaqədar olaraq 750 min manat vəsait xərclənib. Gətirilən avadanlıqların qiyməti isə 360,7 min manat dəyərindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG