Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:00

Küveytdə polis nümayişçilərin üstünə gözyaşardıcı qazdan istifadə edib


Küveytdə polis seçki qanuna dəyişiklik edilməsinə etiraz edən on minlərlə adama qarşı gözyaşardıcı qazdan istifadə edib. Yaralanan və həbs edilənlər var.

Daxili İşlər Nazirliyi toqquşmalarda 11 polisin yaralandığını deyir.

Etirazçılar oktyabrın 21-də paytaxtda hökumət orqanlarının yerləşdiyi binalara sarı yürüş edib.

Küveyt 6 ildir ki, kəskin siyasi böhran yaşayır. Oktryabrın 7-də əmir parlamenti buraxandan sonra dekabrın 1-də yeni seçkilər elan edilib.

Müxalifət isə hesab edir ki, seçkilərlə bağlı qanuna edilən sonuncu dəyişiklik monarxın tərəfdarlarına daha çox üstünlük verir.
XS
SM
MD
LG