Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:28

«Azərbaycandan 30 milyard kub metr qazın ixrac olunması önəmlidir»


Arxiv foto: Qaz kəməri
Arxiv foto: Qaz kəməri
Növbəti 10 il ərzində Avropanın qaza olan tələbatı artacaq. Xəzər regionunda, o cümlədən, Azərbaycandan 30 milyard kub metr həcmində qazın ixrac olunması bu baxımdan önəmlidir.

Bunu Amerikan Universitetinin Qara dəniz və Xəzər dənizi hövzəsi üzrə Araşdırmalar Mərkəzində «Azərbaycan: təbii qazın Avropaya nəqlində artan tələbatın ödənilməsinə strateji təsiri» mövzusunda keçirilən tədbirdə Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Cornell deyib.

Azərbaycanın etibarlı enerji tərəfdaşı olması barədə aparılan müzakirələrdə Avropa Birliyinin ABŞ-dakı Nümayəndəliyinin Enerji, Nəqliyyat və Ətraf mühit məsələləri üzrə şöbəsinin müdiri Christian Burgsmüller isə bildirib ki, Avropanın enerjiyə olan tələbatının ödənilməsi baxımından «Cənub dəhlizi» layihəsinin reallaşdırılması böyük önəm daşıyır. Bu layihədə Azərbaycanın rolu aparıcıdır.

Avropanın enerji təhlükəsizliyinin təminində Xəzər regionunun Avropaya ən yaxın alternativ enerji mənbəyi olduğunu qeyd edən BP-nin Qlobal hökumət və Beynəlxalq əlaqələr departamentinin baş direktoru Greg Saunders isə çıxışında bildirib ki, Şahdəniz layihəsinin həyata keçirilməsi Xəzər dənizində digər enerji layihələrinin reallaşdırılmasına təkan verəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG