Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:03

Ceyhan limanından Azərbaycan nefti ilə 2000-ci tanker yüklənilib


Türkiyənin Ceyhan limanından «BOTAŞ International Limited» (BIL) şirkətinə «Bakı-Tbilisi-Ceyhan» (BTC) neft kəməri ilə çatdırılan 2000-ci tanker yüklənilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BIL-ın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

BIL 2001-ci ildən Türkiyə ərazisində BTC-nin istismarı ilə məşğuldur.

Oktyabrın 22-nə olan məlumata görə, 2006-cı il iyunun 2-dən Ceyhan neft terminalında BTC ilə çatdırılan 1,544 milyard barel tankerin yükü boşaldılıb.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

«BTC Co»nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); «Chevron» (8,90 faiz); «Statoil» (8,71 faiz); ТРАО (6,53 faiz); «Eni» (5 faiz ); «Total» (5 faiz); «Itochu» (3,40 faiz ); «Inpex» (2,50 faiz); «ConocoPhillips» (2,50 faiz) və «Amerada Hess» (2,36 faiz) (payını Hindistanın ONGC şirkətinə satıb, sövdələşmə 2013-cü ilin birinci rübündə başa çatacaq).
XS
SM
MD
LG