Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:26

Elşad Abdullayevin yaydığı videoda adı çəkilən polis işdən xaric edilib


ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu videogürüntüdə adıkeçən məxfi idarənin əməkdaşı Rövşən Abbasquliyev daxili işlər nazirinin əmri ilə 2008-ci ilin fevralın 11-də işdə verdiyi ciddi nöqsanlarına görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Bunu Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov deyib.

Xidmət rəhbəri bildirib ki, onunla bərabər məxfi idarənin bir neçə əməkdaşı da eyni əməllərə görə daxili işlər orqanlarından qovulub.

Sosial şəbəkələrin birində Abdullayevin qardaşı Mahir Abdullayevin yoxa çıxması mövzusunda DİN-in 7-ci şöbəsinin əməkdaşları ilə söhbətini əks etdirən gizli videoçəkilş yayılıb. Həmin videogörüntüdə DİN-in əməkdaşı Mahir Abdullayevin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG