Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:39

«Göstərilən diqqət nəticəsində Naxçıvan Prokurorluğuna edilən müraciətlər azalıb»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

1 avqust 2012 sayı: 143(20.548)

CARİ İLİN İLK 6 AYININ YEKUNLARI MÜZAKİRƏ EDİLİR
Dünən Naxçıvan Muxtar Respublikası Prokurorluğunda kollegiya iclası keçirilmişdir
...Qeyd olunmuşdur ki, 2012-ci ilin birinci yarısında prokurorluq orqanları digər hüquq – mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə həyata keçirilən quruculuq işlərinin əsas təminatlarından biri olan ictimai – siyasi sabitliyin, əmin – amanlığın qorunması, cinayətkarlığa, hüquq pozuntularına qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, dövlət müstəqilliyimizin, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin etmişdir. Hesabat dövründə həyata keçirilmiş zəruri profilaktik tədbirlər nəticəsində yetkinlik yaşına çatmayanlar, narkomanlar və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən cinayət hadisələrinin törədilməsi, peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiqlər göstərilməsi ilə bağlı muxtar respublika ərazisində cinayət hadisəsi qeydə alınmamışdır.
...2012-ci ilin birinci yarısında muxtar respublikanın prokurorluq orqanlarına vətəndaşlardan 9 ərizə, şikayət və digər müraciət daxil olmuşdur. Hüquqi maarifləndirmə işinin düzgün təşkil olunması, vətəndaşların yerlərdə qəbulunun keçirilməsi və onların hər bir müraciətinə göstərilən diqqətin nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vətəndaşların müraciətləri 18,2 faiz azalmışdır...
GÖMRÜK ORQANLARINA XİDMƏTƏ QƏBULLA BAĞLI İMTAHANIN BİRİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB
Muxtar respublika gömrük orqanlarına xidmətə qəbulla bağlı elan olunmuş müsabiqənin birinci yarısı – test imtahanı arxada qalıb. İmtahan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2010-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”na əsasən təşkil olunub. Müsabiqədə iştirak üçün əvvəlcədən 305 namizəd elektron qaydada ərizə ilə müraciət etməklə qeydiyyatdan keçib. Onlardan 244-ü imtahanda iştirak edib. Yaşı 30-u keçmiş şəxslər imtahana buraxılmayıb.
İmtahan qaydalara əsasən, aşkarlıq şəraitində keçirilib. Müsabiqə qaydalarını pozduğuna görə bir namizəd imtahandan çıxarılıb. Nəticələrlə bağlı hər hansısa bir şikayət qeydə alınmayıb.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Naxçıvan Şəhər İcra Hakimiyyətində müşavirə
- Təhsil Nazirliyində kollegiya iclası keçirilib
- Naxçıvan şəhərinin yaşı 5 min ildən çoxdur

Şərhləri göstər

XS
SM
MD
LG